`Azərbaycan dövləti doğru yoldadır`- Anar Məmmədov

 `Azərbaycan dövləti doğru yoldadır`- Anar Məmmədov
  13 İyun 2015    Oxunub:3397
“Dövlət və xalqın həmrəyliyi sayəsində baş tutan Avropa Oyunları Azərbaycanın belə böyük tədbirlərə ev sahibliyi etməyə qadir olduğunu, ölkəmizin qısa bir zaman ərzində bütün işlərin öhdəsindən gələ bilmək qüdrətində olduğunu göstərdi”.
AzVision.az xəbər verir ki, bu fikirləri nəqliyyat naziri Ziya Məmmədovun oğlu, “Garant Holding”in rəhbəri Anar Məmmədov deyib.

O, ötən gün Bakıda keçirilən I Avropa Oyunlarının açılış mərasimi ilə bağlı təəssüratlarını bildirib.

“İyunun 12-də Azərbaycanda möhtəşəm idman bayramına – tarixdə ilk dəfə, Vətənimizdə keçirilən Bakı 2015 I Avropa Oyunlarına start verildi.

Öz möhtəşəmliyi ilə bütün dünyanın diqqətini cəlb etmiş Açılış Mərasimi bizlərdən hər birimizi qürurlandırdı. Vətənimizin və dövlətimizin qüdrətinin bariz nümunəsi olan bu mərasim Azərbaycan dövlətinin, Azərbaycan xalqının doğru yolda olduğunu bir daha sübut etmiş oldu.

Mən, yarışlarda iştirak edən Azərbaycan yığmasına uğurlar arzulamaq istəyirəm, idmançılarımızın qazanacaqları çoxsaylı medallarla xalqımızı sevindirəcəyinə inanıram!”


Teqlər:





Xəbər lenti