“Oğluma dua edirik” - Rəsul Çunayevin atası
“Hazırda anası oğlu üçün dua edir. Mən də dua edirəm. Oğluma və bütün idmançılarımıza möhtəşəm qələbə arzulayıram”, - deyə Həmzət Çunayev qeyd edib.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə 71 kq çəki dərəcəsində yarımfinal oyunları keçirilib. Təmsilçimiz Rəsul Çunayev Bolqarıstandan olan Sliven Kostadinovla mübarizə aparıb. Güləşçimiz inamlı oyun nümayiş etdirib və rəqibi qarşısında təmiz qələbə əldə edib.
Rəsul Çunayev 4:0 hesablı qələbə ilə adını finala yazıdırıb. Təmsilçimiz finalda Gürcüstan-Macarıstan cütlüyünün qalibi ilə qarşılaşacaq. Rəsul Çunayev finalda uduzsa belə artıq gümüş medalı təmin edib.
(Ans)







Vaxtında, Aydın, Lazımlı!


