Qızıl medalı Mehriban Əliyeva təqdim etdi

Qızıl medalı Mehriban Əliyeva təqdim etdi
  14 İyun 2015    Oxunub:2663
Azərbaycanın birinci xanımı, Bakı-2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Avropa Oyunlarında 75 kiloqram çəki dərəcəsində qalib gələn karateçilərin mükafatlandırma mərasimində iştirak edib.

Birinci xanım azərbaycanlı karateçi Rəfael Ağayevə qızıl medalı təqdim edib.

Qeyd edək ki, kişilər arasında kumite yarışlarında 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəfael Ağayev finalda italiyalı Luici Busanı 1:0 hesabı ilə məğlub edərək birinci yeri tutub.

AzVision.az


Teqlər:  



Xəbər lenti