Ermənilər Ağdamın üç kəndinə od vurdu - VİDEO

Ermənilər Ağdamın üç kəndinə od vurdu - VİDEO
  14 İyun 2015    Oxunub:2011
Ermənistan ordusu işğal etdiyi Azərbaycan torpaqlarında yanğınlar törətməkdə davam edir.
APA TV-nin məlumatına görə, düşmən hərbiçiləri axşam saatlarından başlayaraq Ağdam rayonunun işğal altında olan Sarıcalı, Kəngərli və Qaraqaşlı kəndlərinin ərazilərinə od vurublar.

Yanğın qısa müddət ərzində genişlənərək 10 hektarlarla ərazini bürüyüb. Alovun təmas xəttinin Azərbaycan Ordusu tərəfə keçməsi qeydə alınmasa da, bu hal istisna olunmur. Çünki hava qismən küləkli olduğundan, yanğının istiqaməti sürətlə dəyişir və miqyası genişlənir.




Teqlər:  



Xəbər lenti