Əliyevlə Sarkisyanın görüşü gözlənilir

Əliyevlə Sarkisyanın görüşü gözlənilir
  14 İyun 2015    Oxunub:2474
Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü zamanı tərəflər yenidən görüşmək istəklərini təsdiqləyiblər və ATƏT-in Minsk qrupu qarşıdakı görüşün gündəliyi üzərində işləyir.

Bunu Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Bakıda jurnalistlərə deyib.

"Biz görüşün gündəliyi üzərində işləyirik. Bu və ya gələn ay regiona səfər etməyə və təfərrüatları müzakirə etməyə hazırlaşırıq",-deyə o bildirib.

İ.Popov səfər zamanı Azərbaycan və Ermənistanın xarici işlər nazirləri və dövlət başçıları ilə görüşəcəklərini deyib. O qeyd edib ki, bu görüşlər Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə hazırlıq məqsədi daşıyır.

Prezidentlərin bundan əvvəl görüşlə bağlı iradə ortaya qoyduqlarını xatırladan İ. Popov dövlət başçılarının nəzərdə tutulan görüşünün vaxtını açıqlamayıb.

AzVision.az


Teqlər:  



Xəbər lenti