İdmançıların qəza videosunu yayan polis işdən qovuldu
Lakin, həmin gün, qeyd edilən yol-nəqliyyat hadisəsini əks etdirən videogörüntü naməlum mənbədən sosial şəbəkələrə və internet portallarına yerləşdirilib. Daxili İşlər Nazirliyinin aidiyyatı qurumları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində videonun Nizami Rayon Polis İdarəsinin (RPİ) Təhlükəsiz Şəhər Xidmətinin bir əməkdaşı tərəfindən telefona köçürməklə tanışlarından birinə göndərməsi və onun da videonu sosial şəbəkədə yerləşdirməsi müəyyən olunub. Ciddi xidməti qəbahətə yol vermiş polis əməkdaşı barədə dərhal müvafiq yoxlama aparılıb və o, daxili işlər orqanlarından xaric edilib.
Xidməti araşdırmalar davam etdirilir.