Güləşçimiz çempion oldu - 6 qızıl medal (VİDEO)
Heydər Əliyev adına İdman Sarayında keçirilən yunan-Roma güləşi üzrə yarışlarda 75 kq çəki dərəcəsində final görüşü baş tutub.
Qızıl medal uğrunda mübarizədə Azərbaycan güləşçisi Elvin Mürsəliyev Serbiya təmsilçisi Viktor Nemeslə qarşılaşıb. Görüşdə pəhləvanımız rəqibini 5:1 hesabı ilə məğlub edərək Avropa Oyunlarının çempionu adını qazanıb.







Vaxtında, Aydın, Lazımlı!


