Moskva ermənilərin bizdən oğurladığı filmi nümayiş etdirdi-VİDEO

 Moskva ermənilərin bizdən oğurladığı filmi nümayiş etdirdi-VİDEO
  03 İyun 2013    Oxunub:1943
Moskvanın “Cinema Star” kinoteatrında ssenarisi Azərbaycandan oğurlanmış “Əgər hamı…” erməni filmi nümayiş etdirilib.
AzVision.az Rusiya KİV-nə istinadən məlumat verir ki, rejissoru Nataliya Belyauskend olan “Əgər hamı…” filmi Moskvada nümayiş etdirilib.

“Əgər hamı…” erməni filmi (əgər ona erməni filmi demək olarsa-red.)IX beynəlxalq kino festivalında “Ən yaxşı erməni filmi” hesab olunub və “Qızıl ərik” mükafatına layiq görülüb.

Məsələ burasındadır ki, sözügedən filmin süjet xətti yazıçı Elçin Hüseynbəylinin “Gözünə gün düşür” hekəyəsindən oğurlanıb.

Yazıçının sözlərinə görə, onun hekayəsi əsasında 2001-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Yol” adlı qısametrajlı bədii film çəkilib. Hekayə 2010-cu ildə Moskvada nəşr olunan “Drujba narodov” jurnalında da çap olunub.

“Nəzərə alsaq ki, “Gözünə gün düşür” hekayəsi Rusiyanın nüfuzlu jurnallarından birində çap olunub və saytlarda yerləşdirilib, onda “Əgər hamı...” filminin ssenaristləri Mikael Poqosyan və Tereza Varjapetyanın bu hekayədən bəhrələndiklərini güman etmək olar.”

Bu ilin sentyabrında premyerası olan həmin filmin süjeti Rusiyada yaşayan bir qız Qarabağa gəlir və Azərbaycan-Ermənistan müharibəsində həlak olmuş atasının qəbri üzərində özü ilə gətirdiyi tozağacını əkmək istəyir. Amma məzar Azərbaycanlıların nəzarətində olan ərazidədir. Saşa adlı qız öz istəyinə çatmaq üçün həmin əraziyə keçir və ağacı əkən zaman qarşısına azərbaycanlı çıxır. Qəribədir, nədənsə ermənilər bu dəfə həmin Azərbaycanlını sülsevər biri kimi təqdim edir. Azərbaycanlı Saşa ilə Qurgenə qəbri ziyarət etməyə imkan verir və bildirir ki, onun da 10 yaşlı oğlu minaya düşərək həyatını itirib və onun qəbri erməni nəzarəti altında olan rayondadır. İşarələrdən belə başa düşülür ki, guya erməni də onaoğlunun məzarını ziyarət etməyə kömək edir.

“Gözünə gün düşür” hekayəsinin süjeti isə ağır xəstə olan həkim erməni işğalı altında olan doğma kəndinə getmək, həyətlərində “sülh ağacı” əkmək və atasının məzarı yanında ölməkdir. Getməzdən öncə o, internet vasitəsilə məqsədini yayır və bütün müharibələrə etiraz olaraq işğal altında olan həyətlərində sülh ağacı əkmək istədiyini bəyan edir. Həkim belə də edir. Qarabağdakı kəndlərinə gəlir, həyətdə ağac əkərkən ermənilər tərəfindən əsir götürülür. Sonra erməni zabitilə müəyyən anlaşmadan sonra məzarıstana gedir və atasının uçuq məzarındaca vəfat edir”.

Düzdür bu film, Azərbaycanda dəfələrlə tənqid olunub. Lakin bir məqam gözdən qaçıb. Belə ki, filmin Azərbaycanın işğal altındakı torpaqlardan birində çəkilmiş qonaqlıq səhnələrindən birində ermənilər bizim cənginin sədaları altında yallı gedir. Film boyu səsləndirilən digər musiqilərdə də Azərbaycan musiqisindən oğurluq aydın görünür.

AzVision.az həmin filmi sizə təqdim edir. Məqsədimiz əsla rusiyalı qonşularımız kimi filmi təbliğ etmək deyil. Buyurun özünüz baxın! Erməni oğurluğuna siz də şahid olun. Ən azından işğal altında olan Qarabağın hazırki vəziyyəti ilə müəyyən qədər də olsa tanış ola bildiniz. Kim bilir, bəlkə hansısa məcburi köçkünümüz öz həyətini , doğma evini gördü...



Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti