Deputat Qurtuluş Günündən yazdı

Deputat Qurtuluş Günündən yazdı
  15 İyun 2015    Oxunub:1930
“1993-cü ilin bu günü Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycan tarixində yeni bir səhifənin açılmasına səbəb olub”.
AzVison.az-ın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə bildirib.

A.Mirzəzadə vurğulayıb ki, dahi dövlət xadiminin qayıdışı Azərbaycan xalqını müstəqilliyini itirmək təhlükəsindən xilas etdi: “Heydər Əliyevin titanik səyləri nəticəsində Azərbaycanda stabillik yarandı, xalqın dövlətə inamı möhkəmləndi, ölkəmizin inkişafı, vətəndaşının hüquq və azadlıqlarının təmin edilməsinə yol açıldı”.

Deputat əlavə edib ki, Heydər Əliyev yolu Azərbaycanın dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilməsinə səbəb oldu: “Bu gün Azərbaycan qüdrətlənir, iqtisadi cəhətcə güclənir, Azərbaycan Birinci Avropa Oyunları kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edir.

Azərbaycanın uğurları Heydər Əliyev siyasəti, cənab prezident İlham Əliyevin səyləri ilə bağlıdır. 15 iyun 1993-cü ildən başlanan yol bizləri bundan sonra da daim uğurlara aparacaqdır”,- A.Mirzəzadə vurğulayıb.


Teqlər:





Xəbər lenti