Təhsil şüurunun inkişafına yönəlik təlimlər keçirilib

Təhsil şüurunun inkişafına yönəlik təlimlər keçirilib
  03 İyun 2013    Oxunub:1137
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Gənclərin təhsil şüurunun inkişafı və düzgün ixtisas seçiminə dəstək” layihəsini həyata keçirməyə başlayıb. Bu barədə ictimai birlikdən məlumat verilib.
Layihənin məqsədi cəmiyyətin təhsil şüurunun inkişafına, ali təhsilin səmərəliliyinə və düzgün ixtisas seçiminə dəstək verməkdir. Layihə çərçivəsində ali təhsil almaq istəyən və ixtisas seçimində çətinlik çəkən yeniyetmə və gənclərin, sonradan təhsillərini davam etdirmək istəyən tələbələrin, məzunların bu sahədə bilik və bacarıqlarını artırmaq, onları düzgün yönləndirmək və vərdişlər qazandırmaq üçün “Təhsil şüurunu inkişaf etdirmək və düzgün ixtisas seçmək” mövzusunda təlimlər keçirilib.

Təlimlər Səbail rayonundakı 7 saylı orta məktəvdə keçirilib. Burada gənclər təhsil almaq, ixtisaslara yiyələnmək və təhsil motivasiyalarını, ixtisaslarını artırmaq, həmçinin xaricdə təhsil və düzgün ixtisas seçimi məsələləri ilə bağlı ətraflı bilgiləndiriliblər. Onlara bu barədə mövcud olan mənbələr və internet resurslarının ünvanları da göstərilib. Gənclərin bu barədə axtarış taktikaları və yanaşmaları təkmilləşdirilib. Gənclərə interaktiv təlim formasında nəzəri və praktiki bilgilər verilib.


Teqlər:  





Xəbər lenti