“Elə bir insan yoxdurmu ki, məni ayağa qaldırsın?” - VİDEO

“Elə bir insan yoxdurmu ki, məni ayağa qaldırsın?” - VİDEO
  03 İyun 2013    Oxunub:1567
AzVision.az-ın əməkdaşları hazırladıqları videomaterial ilə Qarabağ qazisi Ruxsarə Cumayevanın ağır vəziyyəti ilə sizləri də tanış edəcək. Onun ayağa qalxmağa, qızının anaya ehtiyacı var. Gəlin, onu ayağa qaldıraq və bir övladı anasız qoymayaq...
Zaqatala rayonunda doğulan, cəbhədə Tutu adı ilə tanınan Ruxsarə Cumayeva ali təhsilini yarımçıq qoyaraq, omba nahiyəsində anadangəlmə travma olmasına baxmayaraq, könüllü şəkildə Qarabağa yollanıb. Döyüşlərdə son ana qədər əsgərlərimizin yanında olub və onlarla Azərbaycan əsgərinin həyatını xilas edib. Ruxsarə Cumayeva tibb bacısı kimi böyük şücaətlər göstərib, çoxsaylı döyüş əməliyyatlarının iştirakçısı olub, qəlpə yaraları alıb.

Hazırda omba sümüyündəki problemlə əlaqədar yataq xəstəsi olan Qarabağ qazisi Ruxsarə Cumayevanın Türkiyə Cümhuriyyətində bir ombasının əməliyyatı üçün təqribən 25-28 min manat dəyərində maliyyə vəsaiti lazımdır.

Onun müalicəsi üçün yaradılan bank rekvizitləri və əlaqə telefonlarını diqqətinizə çatdırırıq. İmkanlı şəxslərdən bu qəhrəman xanımın həyatını xilas etmək üçün kömək göstərmələri xahiş olunur:

Bank : Kapital Bank, 2 saylı Nəsimi rayon filialı
Ünvan : Bakı şəhəri, Şamil Əzizbəyov 158
Vöen: 9900003611
Telefon : 012 440 - 15- 54
Kod : 200123
Swift bik : AİİBAZ2X
M/Hesab : 0137010001944
S.A.A : Cumayeva Ruxsarə Bayraməli qızı
Hesab № 38010019441203449112

R.Cumayevayla əlaqə vasitəsi:
Mobil: 055 267 18 65
Ev: (012) 449 40 26


Elnur Muxtar
Şəhanə Rəhimova









Teqlər:  





Xəbər lenti