Bahar Muradova: “Qoyun, bir-birlərini sevsinlər”

Bahar Muradova: “Qoyun, bir-birlərini sevsinlər”
  16 İyun 2015    Oxunub:14616
“Azərbaycan müstəqil, demokratik bir dövlətdir. Biz də bu və ya digər ölkələrdəki vəziyyətlərlə bağlı dinləmələr keçirə bilərik. Hansısa bir aktrisanın, şou nümayəndəsinin şəkli əks olunmuş paltar geyinənlər heç bir uğura nail ola bilməyəcəklər”.

Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova Avropa Parlamentində Azərbaycan qarşı keçirilən dinləmələrə münasibət bildirərkən deyib.

Vitse-spiker qeyd edib ki, bəzi avropalı deputatların Leyla Yunus və Xədicə İsmayılın şəkillərini sinələrinə asmaları arqumentsizlikdən irəli gəlir.

“Öz maraqlarına uyğun olaraq siyasi məhbus adlandırdıqları şəxslərin şəkillərini sinələrinə asmaları onların gələcək kariyeralarına hansısa bir siyasi divident gətirəcəyini düşünmürəm. Bu sadəcə olaraq Azərbaycana zidd dairələrin qarşısında götürülən öhdəliklərin yerinə yetirilməsi kimi təqdim olunmalıdır. Hazırda onlar başqa bir arqument tapa bilmədikləri üçün saxta cəhdlərə əl atırlar. Bütün bunlar da müvəqqəti xarakter daşıyır.

Onların şəkillərini sinələrinə asdılar. Nəticədə nə baş verdi? Azərbaycan əleyhinə bütün neqativ fikirləri söylədilər. Bununla nə dəyişdi ki? Bu əməllərin heç bir siyasi və hüquqi gücü yoxdur. Onlar Dilqəm və Şahbazın şəkillərini sinələrinə asaraq bu addımı atsaydılar daha inandırıcı və səmimi görünə bilərdi”.

B. Muradova qeyd edib ki, bu gün öz ölkəsinin qanunlarını pozan şəxslərin şəkillərini sinələrinə asmaq böyük qəhrəmanlıq deyil: “Ona görə də mən həmin insanları həddindən artıq səbatsız və səriştəsiz hesab edirəm. 630 nəfərdən artıq üzvü olan Almaniya və Avropa Parlamenti üçün 30-35 nəfərin Leyla Yunus və Xədicə İsmayıl sevgisi heç nəyi dəyişmir. Biz də bu sevgilərin ümumi standartlardan kənar sevgilər olduğunu bilirik. Qoyun, onlar bir-birilərini sevsinlər”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti