Bakıda kirayə evlərin qiyməti bahalaşıb
“Qiymət artımları da məhz qısa müddətli dövrdə, xüsusən də 1 ay müddətinədək təklif edilən kirayə evlərdə müşahidə edilib. Belə ki, oyunları izləmək üçün ölkəmizə gələn turistlərin bir qismi öz pullarına qəanət etmək və daha uzun müddət Azərbaycada qalmaq üçün üçün hotellərdə deyil, evlərdə yaşamağa üstünlük veririlər. Eyni zamanda, paytaxtda yerləşən hotellərin böyük əksəriyyətinin 4 və ya 5 ulduzlu hotellər olduğu üçün onların təklif etdiyi qiymətlər yüksəkdir. Buna görə də, “budget hotellər”in sayı az olduğu üçün turistlərin bir qismi evlərə üz tuturlar. Təəssüf ki, kirayə ev sahibləri, xüsusən də məzil alqı-satqısı ilə məşğul olan ofislər süni şəkildə kirayə evlərinin qiymətini yüksəldiblər. İSİM-in monitoriqləri göstərir ki, şəhərin mərkəzində bəzi mənzillərin bir aylıq kirayə haqqları hətta 3 min manatadək artırılıb. Baxmayaraq ki, həmin mənzillər ötən ay 1000-1500 manata təklif edilirdi. Bu isə, ölkəmizə gələn turistlərin sayının artmasından evlərin kirayə verilməsi ilə məşğul olanların süni şəkildə qazanc əldə etmək istəyi ilə bağlıdır”.
AzVision.az
Teqlər: