“Bakcell” qalibləri mükafatlandırdı - FOTO

“Bakcell” qalibləri mükafatlandırdı - FOTO
  16 İyun 2015    Oxunub:1948
“Bakcell” şirkəti “Ulduzum” bahar lotereyasının nəticələrini elan edib.
Şirkətdən AzVision.az-a verilən məlumata görə, “Ulduzum” proqramının tərəfdaşları olan “Hesab.az”, “Megafun” və “189 Taksi” xidmətinin iştirakı ilə keçirilən lotereya 17 martdan 25 may tarixinə kimi, 70 gün davam edib.

Lotereyada iştirak etmək üçün əsas şərtlərdən biri ən azı 5 AZN xərcləməklə “Ulduzum” tərəfdaşlarının təqdim etdiyi xidmətlərin birindən “Ulduzum” kodu vasitəsilə endirim almaq və xərclənən hər 5 AZN üçün 1 uduş şansı əldə etmək olub. Xərclənən məbləğ 20 AZN-ə çatdıqdan sonra şanslar 2 dəfə artırıb və hər bir iştirakçı xərclədiyi 15 AZN üçün 3 və 20 AZN üçün 4*2=8 uduş şansı qazana bilib.

Lotereyada 70 nəfər “Bakcell” abunəçisi “ALOV” smartfonlarını udub. “ALOV” smartfonunu qazanan iştirakçılardan biri 600 uduş şansına malik olub.

İngiltərənin Mançester şəhərinə 2 nəfərlik səyahət kuponunu isə 11 uduş şansı ilə lotereyanın əsas qalibi elan edilən Aygün Ələkbərova qazanıb.

“İlk öncə, “Bakcell” şirkətinə abunəçilərə belə imkan yaratdığı üçün təşəkkür edir və bu kimi şansların gələcəkdə də davam edəcəyinə ümid edirəm. Bir çox Mançester Yunayted azarkeşlərinin arzusunda olduğu bu qalibiyyət mənim üçün gözlənilməz olub və mənə sevinc bəxş edib. Şübhəsiz ki, qalibi olduğum bu müsabiqə futbola olan marağımın daha da artmasında əvəzsiz rol oynayıb”, - deyə Ələkbərova deyib.

Lotereyada iştirak edən, lakin qalib gəlməyən abunəçilər isə lotereya bitdikdən sonra “Bakcell” şəbəkəsi daxilində 20 dəqiqəlik pulsuz danışıq hədiyyəsi qazanıblar.

Öz müştərilərini motivasiya etmək, ruhlandırmaq və fayda əldə etməsinə imkan yaratmaq üçün “Bakcell Ulduzum” proqramı bu cür layihələri gələcəkdə də davam etdirməyi planlaşdırır. “Bakcell” şirkəti bu proqram çərçivəsində bütün abunəçilərinə ən müxtəlif sahələr üzrə bir sıra üstünlüklər və xidmətlər təklif edir.

Proqrama qoşulmaq olduqca asan və pulsuzdur. İstənilən abunəçi “1” yazıb 5555 nömrəsinə pulsuz SMS yollayaraq “Ulduzum” proqramına üzv ola bilər.

AzVision.az


Teqlər:  





Xəbər lenti