9-cu siniflərdə buraxılış imtahanları test üsulu ilə ana dili və riyaziyyat fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim olunub. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzü üzrə yazı işi (inşa) yerinə yetiriblər. İmtahanın ümumi müddəti iki saat müəyyən edilib, test tapşırıqlarının yerinə yetirilməsinə 1,5 saat, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılıb. Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.
İmtahanda iştirakı nəzərdə tutulan 25224 şagirddən 397 nəfəri imtahana gəlməyib.
TQDK-nın internet saytında 24827 şagirdin imtahan nəticələri yerləşdirilib. İştirakçılardan 7 nəfəri maksimum nəticə göstərərək 60 bal toplayıb.
Aşağıdakı cədvəllərdə iyunun 6-da ümumi orta təhsil bazasında (9 illik) keçirilmiş buraxılış imtahanın nəticələrinə dair statistik məlumatlar təqdim olunur:









Vaxtında, Aydın, Lazımlı!


