Macarıstan Parlamentinin sədri Azərbaycanda

Macarıstan Parlamentinin sədri Azərbaycanda
  16 İyun 2015    Oxunub:1927
Macarıstan Milli Assambleyasının sədri Laslo Köver Azərbaycana səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Azərbaycan Milli Məclisinin (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıb. AzVision.az xəbər verir ki, Azərbaycanda səfərdə olan Macarıstan Parlamentinin sədri, hakim FİDES partiyasının liderlərindən olan Laslo Köver jurnalistlərə açıqlamasında bildirib ki, səfərimizin məqsədlərindən biri Bakıda keçirilən I Avropa Oyunları ilə tanış olmaq, bu sahədə Azərbaycanın təcrübəsini daha yaxından öyrənməkdir. O, bildirib ki, Bakıda olduğu günlərdə macar idmançılarının iştirak etdiyi yarışları izləyəcəyini, habelə Macarıstan milli komandasının üzvləri ilə ayrıca görüş keçirəcəyini deyib:

“Macarıstan parlamentinin sədri, həmçinin Avropa Oyunlarının təşkili üçün Azərbaycan hökumətinə təşəkkür edib".

Xatırladaq ki, Laslo Köverin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Azərbaycana səfərə gəlib. İşgüzar xarakter daşıyan səfər zamanı Milli Məclisdə və Azərbaycan hökumətində bir sıra görüşlərin keçirilməsi, danışıqların aparılması nəzərdə tutulur. Macarıstan parlamenti sədrinin Bakıya səfəri iyunun 21-nə qədər davam edəcək.

Anar


Teqlər:  





Xəbər lenti