Diqqət! Bu yollardan getməyin

Diqqət! Bu yollardan getməyin
  17 İyun 2015    Oxunub:2162
Bu gün – iyunun 17-si və 18-də Avropa Oyunları ilə bağlı Bakının bəzi yerlərində nəqliyyatın hərəkətində məhdudiyyətlər ediləcək.
“Bakı-2015” Avropa Oyunlarının kişilər və qadınlar arasında fərdi ötüşmə velosiped yarışı ilə əlaqədar olaraq, Bakı ikinci dairəvi yolunda “Jumeirah Beach” otelinin yaxınlığındakı dairədən “Sea Breeze” istirahət mərkəzinin cənub-qərb istiqamətinin 5 kilometrliyi arasındakı hissəyədək iyunun 17-18-i tarixlərində aşağıda göstərilən vaxtlarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq: iyunun 17-də saat 11:30-dan 15:30-a kimi “Jumeirah Beach” otelinin yaxınlığındakı dairədən - "Sea Breeze" istirahət mərkəzinin cənub-qərb istiqamətinin 5 kilometrliyinədək; iyunun 18-də saat 05:30-dan 20:40-a kimi “Jumeirah Beach” otelinin yaxınlığındakı dairədən “Bilgəh Estates”in qərb hissəsində birinci geri döngəyədək, saat 06:30-dan 18:40-a kimi “Bilgəh Estates”in qərb hissəsində birinci geri döngədən – “Sea Breeze” istirahət mərkəzinin cənub-qərb istiqamətinin 5 kilometrliyinədək. Bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətindən bildiriblər.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi sürücülərdən alternativ yollardan istifadə etməyi məsləhət görür. Bilgəh istiqamətində hərəkət edən sürücülər “Jumeirah Beach” otelinin yaxınlığındakı dairəyə birləşən Aslan Salahzadə küçəsindən, “Bilgəh Estates”dən qərb istiqamətində hərəkət edən sürücülər Maştağa ərazisindən keçməklə Zağulba magistral yoluna birləşən Abşeron küçəsindən (Məmməd Namazov), Kürdəxanı qəsəbəsinə doğru hərəkət edən sürücülər Zabrat qəsəbəsindən keçməklə Zabrat magistral yolundan istifadə edə bilərlər. (Ans)


Teqlər:  





Xəbər lenti