Arvadı baş nazirə xəyanət edirmiş

Arvadı baş nazirə xəyanət edirmiş
  03 İyun 2013    Oxunub:1379
Baş nazirin arvadı onu merlə aldadırmış.
Britaniyanın baş naziri Deyvid Kemeronla bağlı bu sevgi qalmaqalı Böyük Britaniyanın sakitliyini təhlükə altına atıb. AzVision.az Daily Mail-ə istinadən xəbər verir ki, baş nazir fövqəladə iclas çağıraraq nazirləri və köməkçilərini Dauninq-stritdə bir araya toplayıb və onlar hökumət üzvü olmayan “şəxslər” arasında “zina”nı müzakirə ediblər.

Qəzet yazır ki, xanımı və London meri arasında olan isti münasibət barədə bəzi məlumatlar Kemeronun qulağına çatıb. “Hüquqi səbəblərdən” jurnalistlər məsələnin detallarını açıqlamaqdan çəkinirlər. Siyasətçilər isə bu söz-söhbətin hökumətin buraxılmasına qədər gəlib çatacağını istisna etmirlər.

İsrailin “Yediot Axronot” qəzeti əsas mənbəyə istinadən bildirib ki, baş nazirin arvadı Samanta Kemeron Devid Kemeronu London meri Boris Consonla aldadıb. Məlumata görə, onların sevgi macərası artıq bitmək üzrədir, amma hiss olunur ki nəticəsi elə də yaxşı olmayacaq.

The Daily Telegraph qəzeti bildirib ki, baş nazir xanımı barədə eşitdiyi gözlənilməz eşq macərasından heyrətlənib.

Müşavirənin iştirakçıları vurğulayıblar ki, “dinamit” effektinə malik hadisə böyük qalmaqala səbəb olacaq və cəmiyyətdə “ciddi sarsıntı” yaradacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti