Sabah 37 dərəcə isti olacaq

Sabah 37 dərəcə isti olacaq
  17 İyun 2015    Oxunub:1469
İyunun 17-18-də Bakıda və Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, günorta saatlarında isti temperatur diskomfortu bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında temperatur gecə 20-24˚, gündüz 28-32˚ isti olacaq.

Azərbaycanın rayonlarında da iyunun 18-də hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam dağlıq və dağətəyi rayonlarında şimşək çaxacaq, qısa müddətli yağış yağacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu aran rayonlarında gecə 18-23˚, gündüz 32-37˚, dağlarda gecə 11-16˚, gündüz 22-27˚ isti olacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti