İlham Əliyev Laszlo Köverlə görüşdü

İlham Əliyev Laszlo Köverlə görüşdü
  17 İyun 2015    Oxunub:1868
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 17-də Macarıstanın Milli Assambleyasının sədri Laszlo Köverin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AzVision.az xəbər verir ki, Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev Macarıstana sonuncu səfərini məmnunluqla xatırlayıb. İki ölkə arasında parlamentlərarası əməkdaşlığın da fəal şəkildə inkişaf etdiyini bildirən dövlət başçısı ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə daha da möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib.

Prezident İlham Əliyev Macarıstan Respublikasının Milli Assambleyasının sədri Laszlo Köverin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin parlamentlərarası əlaqələrimizin inkişafı işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı səfərin ölkəmizlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaradacağına da əminliyini ifadə edib.

Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana son səfərinə toxunan Laszlo Köver səfərin mühüm əhəmiyyət daşıdığını və səfər çərçivəsində imzalanan sənədlərin əlaqələrimizin daha da genişləndirilməsi baxımından önəmini qeyd etdi. Macarıstanlı qonaq birinci Avropa Oyunlarının ölkəmizdə yüksək səviyyədə təşkil olunduğunu vurğulanıb.
Görüşdə iki ölkə arasında əlaqələrin enerji, təhsil, səhiyyə və digər sahələrdə daha da inkişaf etdirilməsı ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Teqlər:  



Xəbər lenti