Ayxan Mamayevdən xoş xəbər

Ayxan Mamayevdən xoş xəbər
  17 İyun 2015    Oxunub:2800
I Avropa Oyunlarında ölkəmizə qızıl medal qazandıran karateçi Ayxan Mamayev almacıq sümüyü sınsa da əməliyyat olunmayacaq.
Bu barədə AzVision.az-a idmançı özü məlumat verib.

“Həkimlər bildirdi ki, əməliyyatsız da almacıq sümüyümdə olan problemi bərpa edəcəklər. Əməliyyata ehtiyac olmadı”.

Qeyd edək ki, I Avropa Oyunlarında Karatenin kumite növündə 84 kq çəki dərəcəsində bütün rəqiblərini mübarizədən kənarlaşdıran Ayxan Mamayev həlledici qarşılaşmada yunanıstanlı Mixail Geordios Tzanosdan güclü olaraq qızıl mükafata sahib olub. Qızıl medalçımız döyüşlərə zədəli ola-ola çıxsa da, çətin vəzifənin öhdəsindən gələ bilib.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti