Əli Kərimli `Yeni Müsavat`ı şantaj edir - Ağır ittihamlar

Əli Kərimli `Yeni Müsavat`ı şantaj edir - Ağır ittihamlar
  17 İyun 2015    Oxunub:3444
“Əli Kərimlinin rəhbərlik etdiyi “Yurd” qrupuna bağlı olan “Azadlıq” qəzeti 1993-cü ildən bizə qarşı çirkin kampaniya aparır. Bu, bizə qarşı ideoloji-siyasi qarayaxma olmaqla bərabər müsavatçılığa qarşı aparılan kampaniyadır”.
Bu fikirləri AzVison.az-a “Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan deyib.

A.Ayxan hesab edir ki, “Azadlıq” qəzetinin “Yeni Müsavat”a qarşı 22 ilik “mübarizəsi”nin nə vaxta qədər davam edəcəyini demək çətindir: “Biz heç şübhəsiz ki, mövqeyimizi müdafiə edirik və edəcəyik də. “Azadlıq” qəzeti və bağlı olduğu siyasi qrupun bizə qarşı apardığı çirkin kampaniya bütün dövrlərdə lənətlənəcək. Bu qrup elan edir ki, guya radikal və barışmaz müxalifətdir.

Amma, bütün işlərini atıblar kənara bizimlə uğraşırlar. Ancaq, biz qəzetik. Ona görə də bizim özümüzün maraqları, xətti var. Biz hər hansı bir prosesə Əli Kərimlidən, onun təmsil olduğu qrupdan, rəhbərlik etdiyi o qəzetdən fərqli baxa bilərik və bu da çox təbiidir, haqqımızdır. Siyasi proseslərə bütün qəzetlərin, jurnalistlərin, siyasətçilərin baxışı eyni ola bilməz. Bunların məqsədi “Yeni Müsavat” qəzetini ictimai nüfuzdan salmaq və özlərini yeganə müxalifət partiyası olduqlarını cəmiyyətə təqdim etməkdir”.

A.Ayxanın sözlərinə görə, Əli Kərimli açıq şəkildə baş redaktor Rauf Arifoğluna deyib ki, dostunu dost, düşmənini düşmən bilsə, bu kampaniyanı dayandıracaq.

“Bu adam hesab edir ki, “Yeni Müsavat” onun siyasi avantürasına dəstək olmalıdır. Biz bundan qəti şəkildə imtina edirik. İmtina edəndə isə mənəvi, psixoloji terrorla üz-üzə qalırıq. Hesab edirəm ki, biz haqlı mövqedəyik”,- A. Ayxan vurğulayıb.

Baş redaktorun müavini Cəmil Həsənlinin onların ünvanına işlətdiyi qeyri-etik ifadələrə də münasibət bildirib: “Cəmil Həsənli işlətdiyi ifadələrə görə, həm bu dünyada, həm də o dünyada özü cavab verəcək. Biz maksimum çalışırıq ki, ona etik normalar çərçivəsində cavab verək. Özünü elə aparır ki, bu mələkdir, çox təmiz adamdır. Hətta özünü elə göstərməyə çalışır ki, guya paklıq simvoludur. Onun həm universitet, həm siyasi fəaliyyətini az-çox bilənlər bilir ki, Cəmil Həsənli pul-para məsələlərinə nə qədər həssasdır. O, pulsuz heç bir iş görməz, maddi marağı olmayan yerdə qalmaz”.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti