`Aynar subay deyil, 3 yaşlı qızı var` – Elton Məmmədov

`Aynar subay deyil, 3 yaşlı qızı var` – Elton Məmmədov
  17 İyun 2015    Oxunub:5360
“Avropa Oyunlarının açılış mərasimində iştirak etmişəm. Bütün oyun növlərini üzrə yarışları mütəmadi olaraq izləyirəm”.
Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin deputatı, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov deyib.

O, Bakıda keçirilən I Avropa Oyunlarından söz açaraq yarışları həvəslə izlədiyini deyib: “Dünən nəvəmlə birlikdə boks yarışlarını izləməyə getmişdik. Bu gün isə atıçılıq yarışlarına baxmağa getmişəm. Yarışlara nəvəmlə gedirəm. O isə birinci sinfə gedir. Bundan sonra da bütün yarışları imkan olduqca izləyəcəyəm.

Azərbaycan idmançıları yarışlarda çox yüksək nəticələr göstərirlər və kifayət qədər də medallar qazanırlar. Hər gün işdən sonra şəhərdə, Bakı bulvarında, mərkəzdə, insanların çoxluq təşkil elədikləri yerlərdə gəzintiyə çıxırıq. Orada xaricdən gəlmiş qonaqlarla qarşılaşırıq. Onların hər biri Azərbaycan haqqında çox yüksək fikirdə olduqlarını ifadə edirlər. Yoldan keçən zaman bizə müraciət edən qonaqlarımıza diqqət göstəririk. Bu da bizim ən ümdə vəzifəmiz və borcumuzdur”.

Millət vəkili qardaşı, nəqliyyat naziri Ziya Məmmədovun da yarışları izlədiyini bildirib:“Ziya müəllim özü də idman yarışlarına baxmağa gedir. Onun işləri çoxdur. Vaxtı olan kimi yarışlara da baxmağa gedir”.

E.Məmmədov dünya və Avropa çempionu Həsən Əliyevin Avropa Oyunlarında erməni güləşçiyə uduzmasını qınayan həmkarlarında da cavab verib.

“İdmanda udmaq da olar, uduzmaq da. Qalib heç vaxt müzakirə olunmur. Hər bir idman növündə həmişə güclü qalib gəlir. Ona görə idmanın siyasətə heç bir aidiyyatı yoxdur. Bunları bir-biri ilə qarışdırmaq olmaz”.

Sonda isə millət vəkili idmana olan sevgisini dilə gətirib: “Gənclik illərimdə, xüsusi ilə də tələbəçilikdə futbol və boksla məşğul olmuşam. O zamanlar yaxşı futbol oynayırdım. Hətta deputatlıq dövrümdə futbol oynamışam. İndiki aktiv həyatımda da idmanın hər zaman yeri var. Sağlamlığımı təbii ki özüməməxsus şəkildə qoruyuram”.

Deputat sonra oğlu Aynar Məmmədovun eyş-işrətlə məşğul olması isə bağlı deyilənlərə də münasibət bildirərək qeyd edib ki, oğlu evlidir, Mədinə adında 3 yaşlı qızı var.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti