5 kəndə ilk dəfə qaz verilib

5 kəndə ilk dəfə qaz verilib
  17 İyun 2015    Oxunub:1610
Bu gün Zaqatala rayonunun Höytala, Paşan, Maqov, Vöhtala və Yolayrıc kəndlərinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib.
Azərbaycan Dövlət Neft Şirkətindən AzVision.az-a verilən məlumata görə, tədbirlərdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 1 184 abonenti olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında 61 755 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1 184 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.


Teqlər:



Xəbər lenti