Oqtay Əsədov Dəmirəlin dəfn mərasimində iştirak edəcək

Oqtay Əsədov Dəmirəlin dəfn mərasimində iştirak edəcək
  18 İyun 2015    Oxunub:1870
Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin dəfn mərasimində iştirak etmək üçün bu gün Türkiyənin paytaxtı Ankara şəhərinə səfər edəcək.
Parlamentin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, səfər çərçivəsində parlament sədrinin Türkiyə rəsmiləri və mərasimdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə görüşləri gözlənilir.

Səfər iyunun 19-da başa çatacaq.

Qeyd edək ki, Süleyman Dəmirəlin dəfn mərasimi şənbə günü keçiriləcək. O, doğulduğu İsparta vilayətində torpağa tapşırılacaq.

91 yaşlı Süleyman Dəmirəl iyunun 17-də səhər saatlarında ürək və tənəffüs orqanlarındakı çatışmazlıq səbəbindən dünyasını dəyişib. Onun ölümü ilə əlaqədar Türkiyədə 3 günlük matəm elan olunub.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti