Deputatlar AŞ PA-nın yay sessiyasına gedəcək
Tədbirdə AŞ PA-nın Daimi Komitəsi və Büronun fəaliyyəti ilə bağlı hesabat dinləniləcək, Azərbaycanda demokratiya institutlarının fəaliyyəti, Türkiyədə son parlament seçkilərinin nəticələri, Macarıstandakı son durum, Mərakeş parlamenti ilə münasibətlər, Ukraynada münaqişə zamanı itkin düşmüş şəxslərin taleyi, media etikası və bu sahədə şəffaflığın artırılması, Rusiya Federasiyası nümayəndə heyətinin səlahiyyətləri ilə bağlı məsələlər ətrafında müzakirələr aparılacaq.
Sessiya çərçivəsində AŞ PA Bürosunun və qurumun Sosial məsələlər, səhiyyə və davamlı inkişaf, Qeyri-diskriminasiya və bərabərlik, Demokratiya və siyasi məsələlər, İnsan hüquqları və siyasi məsələlər komitələrinin iclasları keçiriləcək.
Deputatlarımız sessiyada müzakirəyə çıxarılacaq məsələlər barədə öz fikirlərini açıqlayacaqlar. Səfər zamanı nümayəndə heyətinin üzvü, millət vəkili S.Fətəliyeva, eyni zamanda, AŞ PA-nın Partiya Komitələrinin 12-ci iclasında və uşaqlara qarşı cinsi zorakılığın önlənməsi məsələsinə həsr olunmuş tədbirdə iştirak edəcək.
Səfər iyunun 28-də başa çatacaq.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


