Yanan binanı 250 işçi təmir edir
Binada təmir və bərpa işləri davam edir. Binanı təmir edən "Azər Aqrar Tikinti" ASC-nin Bərdə filialının idarə rəisi Emil Hacıyev bildirib ki, hazırda 250-yə yaxın usta-fəhlə təmir işləri ilə məşğul olur.
Onun sözlərinə görə, binanın daxili arakəsmələrini bərpa etmək üçün lazım olan material tapılmadığı üçün, arakəsmələr sökülüb və yenidən hörülüb: "Artıq daxili arakəsmə hörgüləri başa çatıb. Suvax, elektrik, santexnika işləri davam edir. Hazırda binanın çölü suvaqdan təmizlənir. Sabahdan fasadın yenidən suvanmasına başlanılacaq".
E.Hacıyev deyib ki, ölkə rəhbərliyinin tapşırığına əsasən binanın fasadına heç bir örtük vurulmayacaq: "Binanın üzü yalnız suvaq və boyadan ibarət olacaq. Binanın sadəcə üz örtüyü yanıb. Yanğın sürətlə getdiyi üçün binanın özündə problem yaratmayıb. Mənzillərin içərisinə tüstüdən ziyan dəyib. Tikinti işlərinə başlanılması bir ay deyil, amma kifayət qədər iş görülüb".
Təmir işlərinin nə zaman başa çatacağına və sakinlərin öz mənzillərinə nə vaxt köçə biləcəklərinə gəlincə, idarə rəisi bildirib ki, indi bunu dəqiq söyləmək mümkün deyil: "Hər şey işlərin gedişatından asılıdır".
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


