`Hamı bilir ki, onlar niyə həbs olunub` - PA-nın sektor müdiri
Bunu Azərbaycan Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov deyib.
O bildirib ki, beynəlxalq təşkilatlar bir neçə qeyri-hökumət təşkilatının nümayəndəsinin həbsini əsas göstərərək Azərbaycan qarşı kampaniya aparırlar:
"Hər kəs bilir ki, həmin şəxslər nəyə görə həbs edilib. Azərbaycan istintaq orqanlarının şübhələri var ki, həmin şəxslər maliyyə fırıldaqlığı ilə məşğul olublar. Həbs edilən şəxsləri müdafiə edən beynəlxalq təşkilatlar həm də öz maraqlarını müdafiə edirlər. Lakin bu məsələdə son sözü məhkəmə deyəcək".
Ç.Əsgərov deyib ki, Azərbaycanda bütün istiqamətlərdə insan hüquqları üzrə nailiyyətlər əldə edilib. O vurğulayıb ki, ölkədə məhkəmə sisteminin müstəqilliyinin təmin edilməsi ilə bağlı da mühüm tədbirlər həyata keçirilib: "Azərbaycanda qanunun aliliyi mövcuddur. Yəni, müstəqil məhkəmələr insan hüquqlarını təmin edir".(Report)







Vaxtında, Aydın, Lazımlı!


