Boksçumuz da 1/4 finala çıxdı

Boksçumuz da 1/4 finala çıxdı
  19 İyun 2015    Oxunub:2389
Bu gün Avropa Oyunlarında boks yarışları davam etdirilir.
AzVision.az xəbər verir ki, boks yarışında Azərbaycanı 5 idmançı təmsil edəcək. Bunlardan 3-ü kişi, 2-si qadın olacaq.


56 kq çəki dərəcəsində 1/8 finalda Tayfur Əliyev rumıniyalı Anderiana Nikola ilə üz-üzə gələcək. 81 kq-da Teymur Məmmədov da 1/8 final görüşünə çıxacaq. Onun rəqibi polşalı Jordan Kulinski olacaq. 91 kq-da Məhəmmədrəsul Məcidov mübarizəyə start verəcək. O, 1/8 final mərhələsində gürcüstanlı Mixeil Baxtidze ilə görüşəcək.

Qadınlar arasında 48-51 kq yüngülvari çəki dərəcəsində ölkəmizi Anaxanım Ağayevə təmsil edəcək. O, da kişi idmançılarımız kimi 1/8 final mərhələsindən yarışa start verəcək. Xanım boksçumuzun rəqibi polşalı Drabik Sandra olacaq.

Qadınlar arasında 69-75 kq orta çəkidə Leyla Cavadova rinqə çıxacaq. Onun rəqibi rusiyalı Yakoşina Yaroslava olacaq.

***
Anaxanım Ağayeva polşalı Drabik Sandra ilə mübarizəyə başlayıb və 0-3 hesabı ilə uduzub.

***

1/8 finalda Tayfur Əliyev rumıniyalı Anderiana Nikola üz-üzə gəlib. Yekunda rəqibinə 3:0 hesabı ilə qalib gələn boksçumuz 1/4 finala vəsiqə qazanıb.

AzVision.az


Teqlər:  



Xəbər lenti