SOCAR Rusiyadan 490 milyon dollar kredit götürdü

SOCAR Rusiyadan 490 milyon dollar kredit götürdü
  19 İyun 2015    Oxunub:2948
Rusiyanın `Qazprombankı` və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycanda `SOCAR Polymer` polipropilen və yüksək dözümlülüyə malik polietilen zavodlarının tikintisinin maliyyələşdirilməsi bağlı saziş imzalayıb.
AzVision.az xəbər verir ki, bu barədə bankın rəsmi saytında məlumat yerləşdirilib.

Sənədi “Qazprombank”ın İdarə Heyətinin sədri Andrey Akimov və SOCAR prezidenti Rövnəq Abdullayev imzalayıblar. İmzalanma mərasimi bu gün Sankt-Peterburqda keçirilən İqtisadi Forum çərçivəsində baş tutub.

"Qazprombank"ın İnvestisiya Komitəsi “SOCAR Polymer" üçün 10 il müddətinə 489 mln. dollar həcmində kredit ayırıb.
"Biz SOCAR-la uzunmüddətli strateji əməkdaşlıq qurmaq niyyətindəyik və “SOCAR Polymer” layihəsinin maliyyələşdirilməsinə bu əməkdaşlığın növbəti mərhələsi kimi baxırıq. Ümid edirik ki, maliyyə müqaviləsinin bağlanılması banka SOCAR tərəfindən reallaşdırılan digər layihələrdə də iştirak etməyə imkan yaradacaq. Həmçinin "Qazprombank" Qrupuna aid olan digər bir holdinqin - Birləşmiş Maşınqayırma Zavodlarının da əməkdaşlığa cəlb olunması planlaşdırılır”, - deyə A. Akimov vurğulayıb.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti