Abid Şərifov Dəmirəl haqda ürək sözlərini yazdı

Abid Şərifov Dəmirəl haqda ürək sözlərini yazdı
  19 İyun 2015    Oxunub:2349
Azərbaycan baş nazirinin müavini Abid Şərifov Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyini ziyarət edib.
Səfirlikdən AzVision.az-a verilən məlumata görə, baş nazirin müavini diplomatik nümayəndəlikdə açılan başsağlığı dəftərinə ürək sözlərini yazıb.

A.Şərifovu Milli Məclis deputatları müşaiyət edib.

Xatırladaq ki, S.Dəmirəl iyunun 17-də Ankarada vəfat edib.


Teqlər:  





Xəbər lenti