Bu yollar iki gün bağlı olacaq

Bu yollar iki gün bağlı olacaq
  19 İyun 2015    Oxunub:2752
"Bakı 2015" Avropa Oyunları çərçivəsində kişilər və qadınlar arasında keçiriləcək velosiped yarışı ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti 20 iyun tarixində saat 05:30-dan 21:00-dək və 21 iyun tarixində saat 03:30-dan 21:00-dək məhdudlaşdırılacaq.
Bu barədə AzVision.az-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. Məlumata görə, nəqliyyatın hərəkətinə Üzeyir Hacıbəyov, Rixard Zorge, Rəşid Behbudov, Zərifə Əliyeva, Əziz Əliyev, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn, Landau, Abbasqulu Ağa Bakıxanov, Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Bülbül küçələrində, Neftçilər, İstiqlaliyyət, Parlament, İnşaatçılar və Hüseyn Cavid prospektlərində məhdudiyyət tətbiq olunacaq.

Bildirilib kİ, sürücülər bəzi küçə və prospektlərdən yalnız birtərəfli istiqamətdə istifadə edə biləcəklər. Belə ki, Hüseyn Cavid prospektindən Parlament prospektinə doğru, İnşaatçılar prospektindən Hüseyn Cavid prospektinə doğru, Abbasqulu Ağa Bakıxanov küçəsindən İnşaatçılar prospektinə doğru Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsinədək və Neftçilər prospektindən Nabel prospektinə doğru hərəkət edən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilməyəcək.

Bununla yanaşı yarış marşrutunun əhatə etdiyi çevrə daxilindən kənar yollara çıxmaq üçün sürücülər Şıxəli Qurbanov, Zivərbəy Əhmədbəyov küçələrindən keçməklə Tbilisi prospektinə, oradan isə istənilən istiqamətə hərəkət edə bilərlər.


Teqlər:





Xəbər lenti