Arif Hacılı Avropaya pul yığmağa gedib

Arif Hacılı Avropaya pul yığmağa gedib
  20 İyun 2015    Oxunub:3204
“Arif Hacılınını Avropaya səfərində məqsəd orada olan müsavatçıların ona verəcəyi yardım və ianələri toplamaqdır”.
Bu barədə AzVizon.az-a açıqlamasında Müsavatdan xaric olunan partiya funksioneri Səxavət Əliyov deyib.

A.Hacılı Avropaya səfəri zamanı partiyanın son qurultayı barədə yanlış məlumat verməkdə ittiham edən S. Əlisoy deyib ki, o, Avropanı yalanlarına inandıra bilməyəcək: “Arif Hacılı elə düşünür ki, Avropanı yalanlarına inandıra biləcək? Məgər Avropanın gözü kordur ki, Müsavat Partiyasında hansı proseslərin getdiyini görməsin? Amma, Arif Hacılı öz xislətinə uyğun olaraq saxtakar əməllərini Avropada da davam etdirir. Bu gün onun səfərini bəzi saytlar şişirdir, önəmli bir hadisə kimi təqdim etməyə çalışırlar. Amma, bu heç də belə deyil. Çünki, bu səfər sıradandır və istənilən bir partiya sədri, hətta müxalif düşüncə sahibi olan kəs də orada vətəndaş kimi öz fikirlərini söyləyə bilər. Çünki, belə məsələlərdə Avropanın qapısı hər kəsin üzünə açıqdır”.

Müsavat Partiyasının Avropada Koordinasiya Mərkəzinin yaradılacağı ilə bağlı xəbərlərə münasibətində isə S. Əlisoy bunları deyib: “Bu mərkəz Arif Hacılı və ortaqlarının mühacir biznesini daha da artıracaq. Arif Hacılının ətrafında birləşən bir dəstə adam, başda Eldəniz Yusibov olmaqla mühacir biznesi ortaqlarıdır. Bu çox ciddi məsələdir. Hesab edirəm ki, bu məsələdə jurnalist araşdırması kifayət etmir. Ona görə də hökmən bu məsələ hüquq-mühafizə orqanları tərəfindən araşıdırılmalıdır”.

Elvin Abdulqədirov


Teqlər:





Xəbər lenti