23 yaşlı qız yoxa çıxıb - FOTO
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
S.Abdurəhmanovanın xarakterik əlamətləri aşağıdakılardır: boyu 160 santimetr, gözlərinin rəngi şabalıdı, saçları uzun və qara rəngli, sifəti ağbənizdir.
Evdən çıxan zaman onun əynində tünd göy rəngli cins şalvar, ön hissəsində qırmızı rəngli gül şəkilləri olan qısaqol ağ köynək, tünd göy rəngli gödəkçə, ayağında isə göy idman çəkməsi olub.
S.Abdurəhmanovanı görənlərdən və ya itkin düşmüş bu şəxs haqqında hər hansı məlumatı olanlardan (050) 211-31-84 nömrəli mobil və (0178) 5-44-87, 5-55-11 nömrəli telefonlara zəng vuraraq bu barədə İsmayıllı RPŞ-nin Növbətçi hissəsinə xəbər vermələri xahiş olunur.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


