Prezident İlham Əliyev qalib idmançılara medalları təqdim edib.
Birinci Avropa Oyunlarının çempionu Radik İsayevin şərəfinə Azərbaycan Respublikasının dövlət himni səslənib, dövlət bayrağı ucaldılıb.
Qeyd edək ki, bütün rəqiblərinə qalib gələn Azərbaycan idmançısı Radik İsayev Avropa Oyunlarında qızıl medalın sahibi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri taekvondoçumuzun final qarşılaşmasını izləyiblər.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


