Ramil Usubov yeni rəis təyin etdi

Ramil Usubov yeni rəis təyin etdi
  20 İyun 2015    Oxunub:7389
Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi həyata keçirilib.

AzVision.az-ın məlumatına görə, tutduğu vəzifədən azad edilən Zəngilan Rayon Polis Şöbəsinin rəisi Səyyəddin Səfərovun yerinə yeni təyinat olub.

Belə ki, Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrinə əsasən Astara rayon Polis Şöbəsinin rəis müavini Ənvər Həsənov Zəngilan rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Ənvər Həsənov əslən Zəngilan rayonundandır.

İlkin Nəcəfzadə


Teqlər:  



Xəbər lenti