Prezident: “Məni zəhərləməyə çalışırlar”

Prezident: “Məni zəhərləməyə çalışırlar”
  04 İyun 2013    Oxunub:1512
Venesuela prezidenti Nikolas Maduro bildirib ki, onu zəhərləməyə çalışırlar.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, Nikolas Maduro zəhərlənmə planında müxalifət lideri Enrike Kapriles və kolumbiyalıları təqsirli bilib.

“Onların etdiyi ağılasığmazdır. Boqota şəhəri bizə qarşı planlaşdırılan sui-qəsdin mərkəzinə çevrilib. Burada məni zəhərləməyi, Diosdado Kabelonu (Venesuela parlamentinin başçısı) və Venesuela ordusunun əsgərlərini öldürməyi planlaşdırırlar” – Maduro Enrike Kaprilesin Kolumbiya prezidenti Xuan Manuel Santosla görüşünə işarə edərək bildirib.

Maduronun sözlərinə görə, müxalifət liderləri “sülh və vətənə qarşı” sui-qəsd planları hazırlamaq üçün Kolumbiyaya gediblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti