Çökən körpü təmir edildi
Xatırladaq ki, cari ilin may ayının 13-də Lənkəran rayonunun Liman şəhəri ərazisində Boladiçay çayı üzərində yerləşən körpüdə ağır yüklü maşınların intensiv hərəkəti nəticəsində 3 ədəd aşırım tiri sınmışdı. Nəticədə körpü qəzalı vəziyyətə düşmüşdü və nəqliyyatın hərəkəti burda tam məhdudlaşdırılmışdı. Körpü üzərində nəqliyyatın hərəkətinin intensivliyini nəzərə alan Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC baş vermiş hadisəyə operativ şəkildə reaksiya verərək, nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkəti üçün ərazidə 2 ayrı alternativ yol açaraq, körpü üzərində əsaslı təmir-bərpa işlərinə başlamışdı. İşlər Nəqliyyat naziri Ziya Məmmədovun və “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında aparılırdı.
Qeyd edək ki, körpü 1961-ci ildə inşa edilib. 3 aşırımdan ibarət, ümumi uzunluğu 50 metr olan körpünün hərəkət hissəsinin eni isə 7 metr idi.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


