Orucu pozmadan baş ağrısı necə keçər?
Artıq Ramazan ayının 4-cü günündəyik. Təxminən gün ərzində 18 saat vücudumuz nə su, nə dəki qida qəbul edir. Bu səbəbdən tez-tez baş ağrıları şikayətimiz olur. Bəs yaxşı, orucu pozmadan baş ağrısının qarşını necə almaq olar?
Ramazan ayında başım ağrımasın deyirsizsə, ilk olaraq stressdən uzaq durmaq lazımdır. Ancaq yenə də baş ağrı şikayətiniz varsa köməyinizə limon çata bilər.
Limonun istifadəsinə gəldikdə isə, onun iç hissəsini əzərək biləklərə sürtmək lazımdır. Miqren xəstəsi olan insanlar isə qaranlıq və sakit otaqda yataraq, başağrısının nisbətən azalmasını təmin edə bilərlər. Başağrısının qarşısını almaq üçün bu ay ərzində yuxu rejiminə də riayət etmək xüsusilə vacibdir. (Xəzərxəbər)
Teqlər: