Bakıda obyektlər yandı

Bakıda obyektlər yandı
  22 İyun 2015    Oxunub:2681
Bakının Yasamal rayonunda sahibləri məlum olmayan, bir-birinə bitişik tikilmiş ümumi sahəsi 30 kv.m olan vaqon tipli çayxananın yanar konstruksiyaları, ümumi sahəsi 60 kv.m olan avtoyuma sexinin içərisində olan müxtəlif avadanlıqlar 3 kv.m sahədə və ümumi sahəsi 18 kv.m olan dərzi sexinin tavanı 10 kv.m sahədə yanıb.
Fövqaladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, tikililərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti