Arzuolunmaz reklamdan çıxış yolu

Arzuolunmaz reklamdan çıxış yolu
  22 İyun 2015    Oxunub:2246
Azərbaycanın mobil operatoru “Bakcell” MMC abunəçilərinin arzuolunmaz reklam SMS-lərinin qarşısını almaq üçün xidməti aktiv edib.
Şirkətdən AzVision.az-a verilən məlumata görə, xidmət çərçivəsində reklamçılar tərəfindən öz müştərilərinə göndərilən kütləvi SMS-lərin idarə edilməsinə imkan yaradan yeni platforma müştərilərin istifadəsinə verilib.

Bunun üçün abunəçi “5595” qısa nömrəsinə “STOP” yazısını göndərməlidir.

Bundan başqa, abunəçilər istədikləri mağazaların, şirkətlərin, bankların və ya müvafiq hesab etdikləri hər hansı digər hesabların adları yazılmış fərdi “ağ siyahı”larını yaradaraq, bu siyahını yenidən “5595” qısa nömrəsinə göndərməli olacaqlar.

AzVision.az


Teqlər:





Xəbər lenti