12 dəqiqə yetər

12 dəqiqə yetər
  04 İyun 2013    Oxunub:1721
İdman zallarında uzun müddət fitneslə məşğul olmaq artıq çəkiyə malik insanlara tanışdır. Norveç universitetinin alimləri bu sahədə maraqlı sınaq keçiriblər.
On həftə ərzində artıq çəkiyə malik könüllülər aktiv fiziki məşq ediblər. Kişilərin bir qrupu 4 dəqiqə olmaqla həftədə üç dəfə məşğul olub. İkinci qrup daha çox - 16 dəqiqə məşq edib. Məşqdən sonra onlarda oksigenin sərfi artıb, təzyiq və qlükozanın səviyyəsi azalıb. Məlum olub ki, 16 dəqiqə məşq piyin əridilməsi və xolesterinin azaldılması üçün o qədər də effektiv deyil.

Tədqiqatçılar belə nəticəyə gəliblər ki, həftədə üç dəfə 4 dəqiqə fiziki məşq etmək sağlamlıq üçün daha əlverişlidir. Buna görə də, artıq çəkidən əziyyət çəkən insanların əbəs yerə vaxtlarını sərf edərək idman zallarına getməsinə ehtiyac yoxdur. Bundan başqa, həkimlər, yeni başlayan adam üçün uzunmüddətli fiziki məşqlərin qısamüddətli məşqlərdən daha təhlükəli olduğunu bildiriblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti