Milli Şuranın fəxri sədri: `Ermənilərlə düşmən deyilik`

Milli Şuranın fəxri sədri: `Ermənilərlə düşmən deyilik`
  22 İyun 2015    Oxunub:2631
Kinodramaturq, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov “The New Times” nəşrinə müsahibəsində üzərində işlədiyi “Qafqaz triosu” adlı yeni filmdən danışıb. Zaqafqaziya xalqlarının münasibətlərindən bəhs edən filmin prodüseri və ssenaristi onun özüdür. Rejissor Eldar Şenqelayadır.

- Deyirlər, filmdə sizə oxşayan personaj var. Belədirmi?


- Müəyyən dərəcədə. Bu, baş qəhrəmanın atasının dostudur. O, hesab edir ki, Azərbaycan öz siyasətini düzgün qurmur, neft iynəsinə oturub və ehtiyatlar qurtaran kimi hər şey bir anda dağıla bilər, əgər indidən ağıllı şəkildə postneft iqtisadiyyatı qurulmağa başlamasa.

- “Qafqaz triosu” adının arxasında nə durur?

- Trio – erməni, azərbaycanlı və gürcüdür. Üç dostu ortaq uşaqlıq illəri və gənclik birləşdirir. Bizim zamanda bu mövzu risklidir... Azərbaycanda çoxlarına mənim baxışlarım xoş gəlmir. Ancaq mən səmimi qəlbdən əminəm ki, biz erməni xalqı ilə düşmən deyilik və gec-tez mütləq barışacağıq. Ermənistan və Azərbaycan xalqları baş verənlərə görə günahkar deyillər. Və mən hər iki tərəfdən aqressiv ritorikanın əleyhinəyəm.

- Filmin əsasında real situasiya dayanırmı?

- Bəli. Mənim tanışım olan bir aktrisa azərbaycanlıya ərə getdi və onun familiyasını götürdü. Onun birinci ərdən – ermənidən oğlu var idi. Atalıq uşağı oğulluğa götürdü, ona öz azərbaycanlı soyadını verdi. Uşaq böyüdü, Moskvaya gəldi və artıq yetkinlik yaşında ikən öz doğma atası ilə tanış oldu və hətta dostlaşdı (bu rolu Yuri Stoyanov oynayır). Atası onu öz əvvəlki - erməni familiyasını qaytarmaq üçün yola gətirdi. Aydındır ki, bu zaman dəhşətli mərəkə qopdu. Ana-azərbaycanlı hiddətləndi: “Onsuz da hamı bilir ki, sənin atan ermənidir. Ancaq heç kim heç vaxt sənin xətrinə dəyən söz deməyib, indi isə sən öz qərarınla bizi çətin vəziyyətə qoyursan”.

Təəssüf ki, bu həqiqətdir. Belə situasiya Bakıda insanların həyatını ciddi şəkildə qaralda bilər. Ancaq erməni ata israr göstərir və anlamaq istəmir ki, onun bu arzusu mövcud reallıqlarda faciəyə gətirə bilər. Bu, sırf ailə konfliktidir. Ancaq bəzən haqlı görünən bir şeyin alınmasına israrla cəhd eləmək çox böyük miqyas ala bilər.

Misal üçün, bu yaxınlarda Krımın Rusiyaya birləşdirilməsini götürək. Uşaqlıda Tolstoyun “Sevastopol hekayələri”ni oxuyan istənilən şəxs kimi mən də hesab edirəm ki, Krım Rusiya torpağıdır. Bu torpaqlar Xrüşşov dövründə Ukraynaya keçib. SSRİ dağılanda Yelstin bu məsələni həll etmədi, hərçənd kifayət qədər sadə və münaqişəsiz şəkildə buna nail ola bilərdi. Sonra uzun müddət nədənsə heç kim bundan narahat olmadı. Və birdən geosiyasi situasiyanın özəlliklərini nəzərə almadan məsələni sürətlə yoluna qoydular. Nəticədə insanlar həlak olur.



Teqlər:  



Xəbər lenti