Bakı metrosunda texniki nasazlıq olub

Bakı metrosunda texniki nasazlıq olub
  22 İyun 2015    Oxunub:2484
Bakı Metropoliteni" QSC-nin qatarlarının hərəkət qrafikində gecikmə baş verib.
“Bakı metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev AzVision.az-a bildirib ki, buna səbəb "Nəriman Nərimanov" metro stansiyasında yaranan texniki nasazlıq olub.

"Sadəcə qatarların hərəkətində interval pozulduğundan bütün stansiyalarda gecikmə yaranıb. Gecikmə bütün stansiyalarda yaranıb, hal-hazırda nasazlıq aradan qaldırılıb, qatarların hərəkəti bərpa olunub”, - deyə N. Paşayev bildirib.

AzVision.az


Teqlər:



Xəbər lenti