`Satqınların milli kimliyi olmur`

`Satqınların milli kimliyi olmur`
  22 İyun 2015    Oxunub:2606
“Rüstəm İbrahimbəyov və Milli Şurada olan Əli Kərimli ilə Cəmil Həsənli Azərbaycan xalqının milli maraqlarını öz şəxsi maraqlarına satmış adamlardılar. Rüstəm İbrahimbəyov utanmadan bu gün mətbuatda deyir ki, "biz ermənilərlə düşmən deyilik və mütləq barışacağıq".

Bu sözləri deyən BAXCP sədrinin siyasi və ictimai məsələr üzrə müavini Niyaməddin Orduxanlı sual edir ki, 30 min vətəndaşımızı qətlə yetirən, Azərbaycanın faktiki ərazisinin 20% -ni işğal etmiş, bir milyon vətəndaşını öz evindən didərgin salmış və tarix boyu Azərbaycan dövlətinə və onun xalqına qarşı amansızcasına düşmənçilik edən ermənilər neçə düşmən ola bilməz?!

- 31 mart, Xocalı soyqırımı və digər dəhşətli faicələri bizə yaşadan ermənilər düşmən deyil, bəs nədir?! Adamın vicdanı olar! İndiyə kimi bir erməni görmədim çıxıb desin ki, türklər bizim düşmənimiz deyil. Görünür, ermənilər Milli Şurada təmsil olunanlar üçün düşmən deyil. 2013-cü ildə Rüstəm İbrahimbəyovun rəhbərliyilə “Milli Şura” adı qoyulan bu təşkilatı Rusiya Azərbaycan hakmiyyətinə təzyiq etmək üçün yaratmışdı. Heç nəyə nail ola bilmədilər. Bu gün də onların cəmiyyət arasında nüfuzu, hörməti yoxdur. Cəmil Həsənli bu yaşına kimi 3-4 partiya dəyişib. Ancaq şəxsi maraqlarını güdüb. Əli Kərimli də Azərbaycan siyasətinin üz qarasıdır. Xəyanət etmədiyi adam qalmayıb. Siyasətin xəyanət simvoludur. Bu cür adamlar təbii ki, erməniləri düşmən görmürlər. Satqınların milli kimliyi olmur. Rüstəm İbrahimbəyov erməni diasporası və onları müdafiə edən şəxslər üçün yaxşı təbliğat vasitəsi yaratdı. Ermənilər bundan da istifadə edəcəklər. Bütün dünyaya göstərəcəklər ki, baxın, Azərbaycanda müxalifət qurumunun rəhbəri olan İbrahimbəyov erməniləri düşmən görmür,- deyə Orduxanlı bildirib.


Teqlər:



Xəbər lenti