“Çilov” yatağında yeni quyu istismara verilib

“Çilov” yatağında yeni quyu istismara verilib
  22 İyun 2015    Oxunub:2326
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kompleks Qazma İşləri Tresti tərəfindən “Çilov” yatağındakı yeni quyu istismara verilib.
SOCAR-dan AzVision.az-a verilən məlumata görə, Trest tərəfindən 112 nömrəli özüldə qazılan 113 nömrəli quyunun istismara təhvil verilməsi istiqamətində aparılan işlər uğurla nəticələnib, "Qala-3" Lay Dəstəsinin 1 243 - 1 237 metr intervalına perforasiya olunub.
Quyu sutkada 50 ton neft, 4 000 kubmetr qaz hasilatı ilə istismara qəbul edilib.


Teqlər:





Xəbər lenti