Qəzada 3 nəfər öldü - Tıxac yarandı

Qəzada 3 nəfər öldü - Tıxac yarandı
  23 İyun 2015    Oxunub:3449
Bakı şəhərinin Heydər Əliyev prospektində (əsas yolda), Bağırov körpüsünün yaxınlığında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yolda nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.
AzVision.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatına görə, sürücülərə alternativ olaraq Heydər Əliyev prospektinin köməkçi yolundan, Babək və Ziya Bünyadov prospektlərindən istifadə etmələri tövsiyə olunur.

**

Bakının Heydər Əliyev prospektində baş verən yol qəzasında 3 nəfər ölüb. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, “Ford Tranzit” markalı avtomobil “Mercedes” markalı maşınla toqquşub.

Nəticədə 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Hazırda ölən və yaralananların adları dəqiqləşdirilir

Qalereya




Teqlər:  



Xəbər lenti