Mübariz Qurbanlı vətəndaşlarla görüşüb

Mübariz Qurbanlı vətəndaşlarla görüşüb
  23 İyun 2015    Oxunub:2115
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində Tovuz, Qazax və Ağstafa rayonlarından olan vətəndaşları qəbul edib.
Komitənin mətbuat xidmətindən AzVision.az-a daxil olan xəbərə görə, komitə sədrinə edilən müraciətlər əsasən dini icmaların qeydiyyatı, dini maarifləndirmə, dini icmalara maliyyə yardımının ayrılması, məscidlərin təmiri və təminatı, dini icmaların yaradılması, onların dövlət qeydiyyatına alınması və digər məsələlərlə bağlı olub.

Komitənin sədri Mübariz Qurbanlı hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.

Qəbul zamanı müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.


Teqlər:



Xəbər lenti