Bu rayonlarda qaz olmayacaq

Bu rayonlarda qaz olmayacaq
  23 İyun 2015    Oxunub:2612
Sabah Azərbaycanın bəzi rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.
Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) AzVision.az-a verilən məlumata görə, iyunun 24-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Zərdab” və “Balakən”, Qazax Magistral qaz kəmərləri sahəsinin “Qazaxbəyli”, Astara Magistral qaz kəmərləri sahəsinin “Nərimankənd”, “Avrora” və “Cəlilabad” Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Təmir müddətində Qazax rayonunun Daşsalahlı, Kosalar, Qazaxbəyli, Orta Salahlı, Aşağı Salahlı və Canallı, Sabirabad rayonunun Nərimankənd, Olacalı, Əhmədabad, Müsəlli və Şıxlar, Lənkəran rayonunun Hirkan, Cərətük, Aşağı Nüvədi, Büzəli, Mamusta, Parakənd, Bala Şürük, Yuxarı Nüvədi, Südəmordux və Vələdi, Cəlilabad rayonunun Uzuntəpə kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Zərdab və Balakən rayonlarının bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.


Teqlər:  





Xəbər lenti