Səlim Müslümov işçiləri topladı

Səlim Müslümov işçiləri topladı
  23 İyun 2015    Oxunub:2157
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibəti ilə toplantı keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ƏƏSMN sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbulun Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə fəal əməkdaşlıq şəraitində, dövlət qulluğu haqqında qanunvericiliyə uyğun şəkildə həyata keçirildiyini bildirib:

“Nazirlik sistemində müsabiqə yolu ilə tutulmaq üçün təqdim edilən vakant dövlət qulluğu vəzifələrinin siyahıları, eləcə də vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı daxili müsahibələr üzrə bütün elanlar nazirliyin ƏƏSMN-nin rəsmi internet saytının ön səhifəsində müvafiq bölmədə təqdim olunur.

Cari ilin ötən dövründə qeyd edilən Komissiyanın müsabiqəsindən uğurla keçmiş 45 nəfər, habelə nazirliyin daxili müsahibəsindən uğurla keçmiş 8 nəfər nazirlik sistemində vakant dövlət qulluğu vəzifələrinə işə qəbul olunublar”.

Səlim Müslümov nazirliyin kollektivini peşə bayramları günü münasibətilə təbrik edərək onlara xoş arzularını çatdırıb.

Daha sonra dövlət qulluğunda səmərəli fəaliyyəti ilə fərqlənən nazirlik əməkdaşlarına fəxri fərmanlar təqdim olunub.


Teqlər:





Xəbər lenti